Paşinyan təcili iclas keçirdi

Nikol Paşinyan Ağsaqqallar Şurasına seçkilərdə uğursuzluğa görə cəza tədbirlərinə start vermək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Belə ki, ötən gün Vətəndaş Müqaviləsi partiyasının qızğın iclası baş tutub. Partiya üzvləri uğursuzluqda bir-birilərini ittiham ediblər. Paşinyan hesab edib ki, uğursuzluğa səbəb tərəfdarların fəaliyyətsizliyi olub.

Ümumən iclasda qərara alınıb ki, partiyanın kadr siyasəti düzgün qurulmayıb. Ona görə də qarşıdakı günlərdə partiyada istefalar gözlənilir.

Partiya həmçinin öz namizədinin mer olması üçün Respublika Partiyası ilə koalisiya ehtimalını nəzərdən keçirir.

Tamerlan Yayaqan
Globalinfo.az