Paşinyan sülhlə bağlı yayılan bu xəbəri təkzib etdi, tarix verdi

“Qranadada keçiriləcək Avropa Siyasi İcmasının iclasında Bakı və İrəvan arasımda süıh sazişi imzalanmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Təəssüf ki, sazişin imzalanması planlaşdırılmır. Hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur. İrəvan üçün sülh gündəliyi prioritetdir. Nazirlər Kabineti mümkün qədər tez – bu ilin sonu və ya gələn ilin əvvəlinə Bakı ilə sülh bağlamaq istəyir. İntensiv danışıqlar davam edir”, – N.Paşinyan bildirib.