Ermənistanda hesab edirlər ki, Baş nazir Nikol Paşinyan hər hansı sənədi imzalamamaq üçün əlindən gələni edəcək.
Globalinfo.az xəbər verir ki, bununla bağlı erməni politoloq Suren Surenyants məlumat yayıb.
O, hazırkı Ermənistan hökumətinin reytinqinin tarixi minimumuna düşdüyünü deyib.
“Paşinyan istənilən sənədi imzalamamaq üçün hər şey edəcək. Çünki o da bilir ki, danışıqların Moskva, Vaşinqton və ya Brüsseldə aparılmasından asılı olmayaraq, istənilən sənəd Ermənistanın maraqlarına uyğun ola bilməz.
Paşinyan anlayır ki, Ermənistan-Azərbaycan arasında istənilən sənədi imzaladıqdan sonra daxili siyasi problemlərlə üzləşəcək. Hətta ölkədə hakimiyyət dəyişikliyinə səbəb olacaq çaxnaşma yaşana bilər.
Başa düşmək lazımdır ki, Paşinyanın resursları hədsiz deyil. Sonda o, geosiyasi mərkəzlər arasında seçim etmək məcburiyyətində qalacaq. Erməni hakimiyyəti özünü çıxılmaz vəziyyətə salıb”, – o bildirib.
Zaira Akifqızı
Globalinfo.az