Paşinyan sülh danışıqlarının detallarını açdı

“Ümid edirik ki, sülh müqaviləsi imzalanana qədər sərhədlərin delimitasiyası bitəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Hazırda bunun real olmayacağına dair siqnallar var. Biz təklif edirik ki, qonşuların 1991-ci ildə mövcud olan xəttə çəkilməsi sxemini həyata keçirək, monitorinq mexanizmi yaradaq, sərhəddə qoşunların olmasından imtina edib, bu xətti sərhəd xidmətinə verək. Bundan sonra dinc formada delimitasiya prosesinə keçək ki, bu da uzun illər çəkə bilər” – o, bildirib.

Paşinyan hazırda sülh müqaviləsi ilə bağlı iki yanaşmanın olduğunu deyib. Ermənistanın Baş nazirə görə, bunlardan biri detallaşdırılmış, digəri isə çərçivə müqaviləsidir ki, Ermənistan da ikinci yolla getməyə üstünlük verir.

İrəvanın Rusiyanın təklif etdiyi həll variantının tərəfdarı olduğunu bildirən Paşinyan, həmçinin bu təklifi guya 2021-ci ildə qəbul etdiklərini, amma bunu bəyan etmədiklərini söyləyib.

İlkin
Globalinfo.az