Paşinyan səhv etdi, bizim bir yolumuz qalıb – Tandilyan

“Qarabağdakı və Ermənistandakı problemlərə görə məsuliyyəti hökumət daşıyır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Mane Tandilyan deyib.

O, Ermənistan hökumətini hər şeydə xalqı günahlandırmaqda ittiham edib.

“Xalqa təkcə bir şey qalır: hökuməti seçmək və qanun çərçivəsində vətəni müdafiə etmək.

İndi bizim yalnız bir tapşırığımız var: seçki yolu ilə hakimiyyət dəyişikliyini həyata keçirmək”, – M.Tandilyan bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az