Hərbi müdaxilə qaçılmazdır: hücum olacaq – Arutyunyan

“Nikol Paşinyanın Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması ilə bağlı bəyanatı ölkəmizə qarşı hərbi hücumları qaçılmaz edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Gənclərin səsi” təşəbbüs qrupunun təsisçisi Ovannes Arutyunyan deyib.

O, baş nazirin bəyanatının KTMT və Rusiya deyil, məhz Ermənistanın əleyhinə olduğunu bildirib:

“Nikol Paşinyan müharibə ehtimalından danışarkən KTMT-yə üzvlüyü dayandırır və birbaşa Rusiyanı hədəf alır. Belə davam edərsə, erməni xalqının vəziyyəti Ukraynadan daha ağır olacaq.

Başa düşmək lazımdır ki, Qərbin Ermənistanda tək marağı Rusiyaya qarşı yeni cəbhə açmaqdır. Ermənistan torpaqları və əhalinin taleyi onları maraqlandırmır”.

Əliyar Xəlil
Globalinfo.az