Qazaxın kəndləri ilə bağlı razılaşma varmı?

“Münxen və Brüssel görüşlərində siyasi səviyyədə qarşılıqlı olaraq anklavların tanınması məsələsini müzakirə etdik. Amma hələ dəqiq bir razılaşma yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

N.Paşinyan məsələ ilə bağlı müzakirələrin davam etdirildiyini deyib:

“Biz iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıdığını deyəndə sual yaranır: bəs sərhəddən kənarda qalan, amma həmin ölkələrə məxsus ərazilər necə? Müzakirələrdə aktivlik və irəliləyiş var, amma anklavlarla bağlı heç nə razılaşdırılmayıb”.

Ayşən Mustafa
Globalinfo.az