Paşinyan Qarabağla vidalaşdı: 350 minlik hədiyyə aldı

Ermənistan baş naziri Nikol Paşinyanın aparatı “arstax karpet” adlı şirkətdən 350 min dram dəyərində Qarabağ xalçası alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr bildirir ki, “Arstax Vişapaqorq” adlı xalça ya Nikol Paşinyan tərəfindən kiməsə hədiyyə ediləcək, ya da xalça hazırda təmirdə olan hökumət binasına sərilməlidir.

“Nikol Qarabağı verməyə hazırlaşır, Qarabağ xalçası isə onun dövründə itirilmiş torpağın xatirəsi kimi hökumət binasında sərilir”, – o bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az