Paşinyan: “Putin Azərbaycanla dəmir yolunun bərpasını dəstəkləyib”

 

“Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Azərbaycanla Ermənsitan arasında dəmir yolunun bərpası ideyası müzakirə olunub. Putin dəmir yolunun bərpası ideyasını dəstəkləyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O bildirib ki, Horadiz-Mehri-Ordubad-Yerasx dəmiryolunun bərpası layihəsi canlandırıla bilər: “Dünənki danışıqlarda biz dəmiryolunun bərpası ilə bağlı işə qayıtmağın əhəmiyyəti barədə danışdıq”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçriilən sammiti çərçivəsində V. Putinlə N.Paşinyan arasında görüş olub.