Paşinyan prezidentlərə niyə tək-tək zəng etdiyini AÇIQLADI

“Hazırda sərhəddə vəziyyət gərgindir, buna görə ilk zəng etdiyim şəxs Rusiya Prezidenti Vladimir Putin oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin “İctimai” televiziyasına müsahibəsində deyib.

Bu yaxınlarda Rusiya Prezidenti ilə əlaqə saxladım, başqa heç kimlə danışmadım. Onu da deyim ki, zənglərimin əsas məqsədi digər müttəfiqlərimizi müəyyən nüanslarla bağlı məlumatlandırmaqdır. Vladimir Putinə də vəziyyətlə bağlı məlumat verilir. Onunla son söhbətdən sonra vəziyyətdə heç bir dəyişiklik yoxdur. Lazım gələrsə, yenidən telefon danışıqları aparıla bilər”-deyə, Paşinyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az