putin pasinyan 1

Ermənistanın Baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçıarının qeyri-rəsmi görüşündə iştirak edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Kreml rəsmisi məsələ ilə bağlı İrəvandan müsbət siqnallar aldığını bildirib:

“Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. O bunun üçün dekabrın sonunda Sankt-Peterburqa gedəcək”.

Qeyd edək ki, Uşakov bir qədər əvvəl Paşinyanın sözügedən görüşlərdə iştirakının müəmmalı olduğunu demişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: