İrəvandan TƏCİLİ: Paşinyan sürətlə binaya girdi

Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının üzvləri ilə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Ermənistan Baş nazirinin görüş keçirdiyi ərazidə nəzarət gücləndirilib.

Jurnalistlərə sual vermək imkanı yaradılmayıb və Paşinyan sürətlə binaya daxil olub.

Qeyd edək ki, görüşdə İrəvan meri Tiqran Avinyanın da iştirak etdiyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az