Paşinyan onlara “qəhrəman” dedi, oğluna isə…

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan özəl şirkət yaradıb.

Globalinfo.az xəbər verir ki, şirkətin Hüquqi Şəxslərin Dövlət Reyestrində qeydiyyatdan keçdiyi bildirilir.

Reyesterin məlumat bazasına görə, Aşot Paşinyan fəaliyyətini mikro sahibkarlıq çərçivəsində davam etdirəcək. Bu o deməkdir ki, o, əldə etdiyi gəlirdən dövlətə vergi ödəməyəcək. Çünki qanuna əsasən mikro sahibkarların dövriyyəsi 24 milyon dramdan çox olmadıqda gəlir vergisi ödəməkdən azad edilirlər.

Erməni mediası bildirir ki, A.Paşinyanın bu təşəbbüsü qanunauyğun olsa da, ictimaiyyətdə narazılıqla qarşılanıb. Son günlərdə ölkənin İqtisadiyyat Nazirliyində korrupsiya, verigdənyayınmaya görə keçirilən əməliyyatlara diqqət çəkilib. Baş nazirin hər kəsdən vergi tələb etdiyi bir zamanda oğlunun belə addım atması müzakirələrə səbəb olub.

Xatırladılaq ki, bir qədər əvvəl Paşinyan vergi ödəyicilərini Ermənistanın bir nömrəli qəhrəmanı adlandıraraq onlara təşəkkür edib.

Ayşən Mustafa
Globalinfo.az