Paşinyan: “Ola bilsin ki, nəyisə düzgün etməmişik”

“Biz çox çətin bir yoldan, fəlakətlərdən keçmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, fəlakət keçdikdən sonra siyasi düşüncə yaratmaq zərurəti ön plana keçir.

“Bu təbii və primitiv bir hadisədir. Lakin siyasi düşüncə əslində fəlakət baş verəndən sonra deyil, ondan əvvəl də formalaşmalıdır. Biz baş verə biləcək fəlakətlərin qarşısını almaq, onu idarə edə bilmək üçün siyasi düşüncə formalaşdırmalı idik. Ola bilər ki, nəyisə düzgün və effektiv etməmişik”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az