Paşinyan NATO-nun sabiq baş katibi ilə sülhü müzakirə etdi

pasik

Ermənistan Baş naziri Nikol Paşinyan  NATO-nun keçmiş baş katibi Anders Foq Rasmusseni qəbul edib.

Globalinfo.az xəbər verir ki, həmsöhbətlər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Xüsusilə, “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in layihəsinə dair razılaşmaya və mətn layihəsi üzrə danışıqların yekunlaşmasına toxunublar.

Bununla yanaşı, Ermənistan-Avropa İttifaqı (Aİ) əməkdaşlığı və təşkilatın yardımı ilə həyata keçirilən islahatlar prosesi gündəmdə olub.

Əliyar Xəlil
Globalinfo.az