pashinyan yeni

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqı və Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan “Regionda mövcud olan problemlərin həllində beynəlxalq ictimaiyyətin dəstəyinin çox vacib olması” barədə danışıb,

Qarabağdan “məcburi köçkün” düşmüş insanın humanitar problemlərindən, Ermənistan hökumətinin onların aradan qaldırılması üçün atdığı addımlardan bəhs edib.

Bildirilib ki, görüş iştirakçıları respublika ilə Aİ arasında əməkdaşlıq məsələlərini, eləcə də birgə proqramları, xüsusən Ermənistanda islahatların gündəliyini müzakirə ediblər.

Həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi ilə bağlı məsələlər müzakirə olunub.

“Cənubi Qafqaz regionunda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb”, – mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, KTMT-nin sammitindən imtina edən N.Paşinyanın məhz bu ərəfədə AB səfirləri ilə görüşünün mesaj olduğu da bildirilir.

Paylaş: