Paşinyan KTMT-ni Türkiyəyə dəyişir? – “Başqa alternativ yoxdur”

“Kollektiv Qərbin məqsədi Ermənistanın təhlükəsizliyini təmin etmək deyil, Rusiya Federasiyası ilə müttəfiqliyini pozmaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş sədr müavini, “Respublika” partiyasının vitse-prezidenti Eduard Şarmazanov deyib.

“Çoxu Ermənistanın aktiv şəkildə silahlandığını iddia edir. Fransadan bir neçə zirehli texnika və durbin alınacağı, eləcə də zenit raket sistemi tədarük ediləcəyi kimi vədlərin səsləndirilməsi Ermənistanın aktiv formada silanlandığı mənasına gəlmir. Vurğulamalıyam ki, Rusiya Federasiyası Ermənistanın ən səmərəli müttəfiqidir. Təhlükəsizlik məsələlərində isə əsas şey danışıqlar deyil, səmərəlilikdir. Qərbin qeyri-müəyyən vədlərinə uyaraq Rusiya Federasiyası ilə zamanın sınağından çıxmış müttəfiqliyin dəyişdirilməsi İrəvanın təhlükəsizliyi üçün “Demokl qılıncı”dır”.

“KTMT-dən çıxıb Türkiyəyə gedəcəksən? Qeyd edim ki, Rusiya Federasiyası və KTMT-yə alternativ yoxdur. Ermənistan-Rusiya müttəfiqliyinə qarşı çıxanlar əslində erməni xalqının milli maraqlarına və Ermənistanın dövlət maraqlarına qarşı çıxırlar”, – Şarmazanov bildirib.

Safura Bənnayeva
Globalinfo.az