pasinyan 13 900x506 1

Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat katibini dəyişəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilir ki, Baş nazirin yeni mətbuat katibi 26 yaşlı Melanya Arutyunyan olacaq.

Arutyunyan “Vətəndaş müqaviləsi” partiyasının gənclər strukturu Şurasının katibidir. Bütün seçki kampaniyası müddətində Paşinyanı məhz o müşayiət edib.

Hazırkı mətbuat katibi Nazeli Baqdasaryan deputatlıq mandatı əldə edəcək. Daha əvvəl də deputat olan Baqdasaryan 4 ildir ki, Paşinyanın mətbuat katibi vəzifəsini icra edir.

F2sfcQOvIIInp40gC7q352UEzSzfZnwDrbwAqchS 1200 4

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: