97a48fc7 4fe4 4de6 9e74 1f508829924c 1 900x542 1

Naxçıvanın hazırda Ermənistanın nəzarətində olan Kərki kəndi ətrafında müzakirələr intensivləşir. Ermənistanda baş nazir Nikol Paşinyan, digər hökumət üzvləri və müxalifət arasında Kərki mövzusunda ciddi fikir ayrılıqları yaşanır. Paşinyan və komandası Kərkinin Ermənistan ərazisi olmadığını bildirir, müxalifət isə buna etiraz edir. Nəticə olaraq kəndin Azərbaycana təhvil veriləcəyinə dair fikirlər səsləndirilir.

Maraqlıdır ki, Azərbaycan tərəfi bu məsələni soyuqqanlılıqla və susqunluqla izləyir.

Pərdəarxasında nə baş verir? Bu kənd Azərbaycana qaytarılır?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, eksklav və anklavlarla bağlı məsələ İrəvan və Bakı arasında müzakirə olunmayıb:

“Ancaq bu məsələ gündəmdə var və hələ ki, kritik aktuallıq görünmür. Kərki Azərbaycana qaytarılmalıdır. Qazax rayonunun 3 kəndi və Sədərək rayonuna aid Kərki ilə bağlı məsələyə bu yaxınlarda keçirilən brifinqdə Ermənistan müxalifəti tərəfindən toxunulub.

Müxalifət bu məsələ ilə bağlı Paşinyanı tənqid edib. Baş nazir isə, “Kərki məsələsini qaldırmaqla siz müharibə ruhunu yüksəldirsiniz”, – deyə bildirilib.

Paşinyan həqiqətən hər şeyi öz adı ilə çağırıb və qeyd edib ki, müxalifət nümayəndələri təxribatçılıqla məşğuldurlar.

Tofiq Abbasov journalist 900x600 1
Tofiq Abbasov

Rəsmi Bakı bu məsələdə təmkin göstərir. Azərbaycan bu məsələləri də həll edəcək və əzəli torpaqlarımızı geri alacaq. Müxalifət, görünür, bu haqda məlumatlıdır. Parlamentdə bu məsələlərlə bağlı ciddi atışmalar, söz güləşdirmələri olsa da, Paşinyanın fikri yekdildir.

Paşinyan, ümumiyyətlə “Kərki” sözünü işlədir. Müxalifət nümayəndələri isə qondarma addan istifadə edirlər. Reallıqda da həqiqətən bu ərazidə ermənilər yaşamayıb, azərbaycanlılar yaşayıblar.

Paşinyan açıq şəkildə müxalifətə deyir ki, Azərbaycanın bizdən gözləntiləri var. Müxalifət isə deyir ki, Kərkidəki insanlar indiki məqamda oradan köçə bilməzlər. Amma aydın məsələdir ki, bunlar boş bəhanələrdir.

Nəticə etibarilə, danışıqlar hələlik davam edir. Bakı məsələyə yaxın getmir, amma bu məqam gündəmdən düşməyib”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: