Paşinyan hakimiyyətini qorumağı ona tapşırır

Ermənistanın daxili işlər naziri vəzifəsinə Vahe Kazaryan təyin ediləcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

Məlumata görə, Kazaryanın müavini vəzifəsinə fövqəladə hallar naziri Armen Pambuxçyan gətiriləcək. Digər nazir müavini isə Kazaryanın yaxın adamlarından olan Aram Ovanisyan olacaq.

Qeyd edək ki, Ermənistan Daxili İşlər Nazirliyinin yaradılması qərarı bir müddət öncə verilib. Erməni müxalifətinin iddiasına görə, Paşinyan bu addıma getməklə öz hakimiyyətinin təhlükəsizliyini bir qədər də sığortalamağa çalışır.

Vahe Kazaryan Ermənistan Baş nazirinin ən yaxın dostlarından sayılır.

Zaira Akifqızı
Globalinfo.az