default

ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçirilən sammitində iştirakını gözlənilmədən müsbət əhval-ruhiyyədə başa vuraraq Avropa liderlərinin əsas narahatlıqlarını aradan qaldırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” qapalı danışıqlarla tanış mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, sammitin yekun nəticəsi NATO-nun Baş katibi Mark Rutte üçün ən uğurlu ssenari olub.

Məlumata əsasən, sammit ilk anlarda gərgin keçib, lakin sonra Tramp buradan yaxşı əhval-ruhiyyədə ayrılıb.

“İclas zalında sevgi hökm sürürdü, sammit iştirakçıları Trampı təriflərə qərq etmişdilər”, – deyə mənbə bildirib.

Amerika lideri avropalı həmkarlarının ona yaltaqlanaraq Vaşinqtonun Ukraynaya dəstəyini qorumağa çalışdıqları barədə iddiaları da dolayısı ilə təsdiqləyib.

Tramp bildirib ki, əgər məqsəd onu tərifləyərək təsirləndirmək idisə, bu plan tamamilə uğurlu alınıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: