Paşinyan Göyçədə: modul hərbi hissə ilə tanış oldu – VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan Göyçəyə səfəri çərçivəsində modul tipli hərbi hissənin tikintisi ilə tanış olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Göyçədə, Azərbaycanla sərhədə yaxın ərazidə yerləşən bu modul hərbi hissənin tikintisinə yanvar ayında baş verən yanğın nəticəsində 15 əsgərin diri-diri yanıb ölməsindən sonra qırar verilmişdi.

Xatırladaq ki, 19 yanvar 2023-cü ildə Göyçə mahalının Ağkilsə kəndində ərazisində yerləşən hərbi hissələrinin birində baş verən yanğın nəticəsində 15 erməni əsgər ölmüşdü. Daha sonra məlum olmuşdu ki, bu “hərbi hissə” azərbaycanlılara məxsus evlərdən birinin tövləsində yerləşir.