Sərkisyan həmin hadisəyə görə hakimiyyətdən getdi – Simonyan

“Ermənistanın hazırki iqtidarı öz postundan imtina etsə, müxalifət yenə də hakimiyyətə gələ bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Bu gün Ermənistanda ideal müxalifət var, buna görə təşəkkür edirəm. Amma əgər indiki iqtidar çıxıb getsə, bu müxalifət yenə də hakimiyyətə gəlməyəcək. Çünki Ermənistan vətəndaşları buna imkan verməyəcək”.

Simonyan Ayk Mamicanyanın 2008-ci il 1 mart hadisələri zamanı müxalifətdə olan Nikol Paşinyanın insanları  dəyənəklə silahlanmağa çağırması fikrinə də münasibət bildirib.

“Cənab Mamicanyan, sizə xatırlatmaq istəyirəm ki, 2018-ci ildə siyasi liderinizin devrilməsinin səbəblərindən biri də məhz mart hadisələri olub. İndi martın 1-i tarixi sizə dərs olmayıbmı?”, – Simonyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az