“Ermənistan hazırda əsasən müasir silah alır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Diqqətçəkən məqam onun Ermənistana silah satışı ilə bağlı etirafı olub. O deyib ki, əvvəllər Ermənistana silahlarının böyük hissəsi pulsuz verilib:
“Belə silahlar praktiki olaraq Ermənistan ordusunun bütün arsenalının yarısını təşkil edib. Heç vaxt olmayıb ki, biz bunu birbaşa zavoddan alaq. Əgər olubsa da çox kiçik həcmdə olub”.
Bununla belə, Paşinyan silahların hansı dövlət tərəfindən verildiyini açıqlamayıb.
Əliyar Xəlil
Globalinfo.az