
Ermənistanın Baş naziri Nikol Paşinyan 27-28 aprel tarixlərində Estoniyaya rəsmi səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Ermənistan mediasında yer alıb.
Səfər çərçivəsində Paşinyanın Estoniya rəhbərliyi, o cümlədən Prezident Alar Karis və Baş nazir Kristen Mixalla görüşü planlaşdırılıb.
Səfər zamanı həmçinin Estoniyada yaşayan erməni icması ilə görüş və 28 aprel tarixində iki ölkənin baş nazirlərinin iştirakı ilə birgə mətbuat konfransı da nəzərdə tutulur.
Aysel Əliyeva
Globalinfo.az