“Ermənistan sərhəddini keçən azərbaycanlıların geri qaytarılması mümkün ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Münasibətlərin tənzimlənməsi çox çətin və vacib prosesdir. Amma bu təktərəfli həyata keçirilə bilməz. Biz, hüquqi prosedurlar tamamlandıqdan sonra bu məsələni müzakirə etməyə hazırıq ”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Hər iki əsgər “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib.
Ayşən Mustafa
Globalinfo.az