Paşinyan: “Ermənistan hakimiyyətinin gizli razılaşması yoxdur”

“Ermənistan hakimiyyətinin heç bir sahədə gizli razılaşması mövcud deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Xatırladaq ki, “Ermənistan” blokunun deputatı Tadevos Avetisyan dövlətin şəxsi biznesin payına girməsi haqda fikir səsləndirib.

Paşinyan isə buna cavab olaraq bildirib ki, əvvəllər dövlət əmlakı özəl sektora pulsuz verilirdi. İndi isə birbaşa dövlətin nəzarətinə keçir.

Paşinyan iddia edib ki, hökumət hansısa sərmayədarın qapısını döyərək əlindəki biznesin 20 faizini mənimsəyəcək qədər aciz deyil:

“Heç kim öz mülkiyyətindən məhrum edilməyib”, – deyə Paşinyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az