Paşinyan dünyadakı 3 ən zəhərli liderdən biridir – Aşotyan

“Paşinyan qlobal miqyasda üç ən zəhərli liderdən biridir, onun siyasi karyerasının sonlanması sadəcə zaman məsələsidir”.

Globalinfo.az xəbər verir ki, bunu həbsdə olan erməni müxalifətçi Armen Aşotyan deyib.

“Nikol siyasi mənada “canlı cəsəddir”. O, hələ də hakimiyyətdədir, çünki erməni xalqı tam mənada partlamayıb. Xarici qüvvələrə gəlincə, şimal qonşularımız hələ də Paşinyanı Putin rejiminə necə qaytarmaq haqda düşünürlər. Qərb qüvvələri isə Nikolun anti-Rusiya siyasətini gücləndirəcəyini gözləyirlər. Bundan sonra həmin qüvvələrin hakimiyyətə yeni şəxs gətirəcəklərinə şübhə etmirəm. Qlobal miqyasda Paşinyan üç ən zəhərli liderdən biridir, onun siyasi karyerasının sonlanması yalnız zaman məsələsidir. Ermənistanın gələcəyini Nikol Paşinyanı tez bir zamanda hakimiyyətdən devirənlər idarə edəcək. Odur ki, bunu hamıdan öncə erməni xalqının etməsi çox vacibdir”, – deyə Aşotyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az