Bakı və İrəvan arasında yeni sərhədlər… – Paşinyan

“Biz təhlükəsizlik risklərinin azaldılması baxımından son dərəcə vacib olan sərhədin delimitasiyası prosesinin praktiki mərhələsinə qədəm qoyduq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.

O hesab edir ki, Ermənistanla Azərbaycan arasında yeni sərhədlər çəkilməməlidir. Lakin SSRİ-nin dağıldığı dövrdəki və de-yure hüquqi əsası olan sərhədlər əsas götürülməlidir.

Ermənistanın Baş naziri KTMT-nin fəaliyyətindən də danışıb.

O bildirib ki, Ermənistan KTMT-yə heç nə etməyib.

“Baş verənlərin hamısını KTMT öz bəyanatları və hərəkətsizliyi ilə edib. Belə bir şəraitdə biz baş verəınlərə göz yumuruq kimi rəftar edə bilmərik”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az