Paşinyan danışıqlar prosesini azərbaycanlıya tapşırdı – Qarabağda son akkord

“Paşinyan özünəxas manevrlə Qarabağın verilməsini ört-basdır etməyə və bu zaman “mənim günahım nədir? Qarabağlılar özləri hər şeyi dağıtdılar” tezisindən istifadə etməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Şərəfim var” Partiyasının parlament fraksiyasının katibi Tiqran Abramyan deyib.

“Bu çərçivədə Paşinyan danışıqlar prosesinin vacib hissəsini Qarabağda anadan olan və “Qarabağ Azərbaycandır” şüarını eşitdikdə özünü kifayət qədər rahat hiss edən Təhlükəsizlik Şurasının katibinə (Armen Qriqoryan Azərbaycanın Xocavənd rayonunda anadan olub – red.) tapşırdı.

Qarabağın özündə isə Nikol hakimiyyətlə yanaşı küçələri də ələ almaq və öz maraqlarını müdafiə edəcək müxalifət formalaşdırmaq istəyir.

Bu gün Qarabağda baş verənləri “nikolizasiya” adlandırmaq olar. Çünki irəli sürülən oyun tamamilə Paşinyanın konsepsiyasına uyğun gəlir.

Qarabağda “hökumət” Paşinyanın əmrlərini yerinə yetirməklə məşğuldur. Bu əmrlərin yekun nəticəsi Ermənistan hökumətinin satqın yanaşmasıdır”, – o qeyd edib.

Tamerlan Yayaqan
Globalinfo.az