“Paşinyanın Bakı ilə nəyin bahasına olursa-olsun müqavilə imzalamaq cəhdləri başa düşülən deyil”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
O bildirib ki, sülh müqaviləsinin keyfiyyəti razılaşdırılmış maddələrin sayı ilə deyil, məzmunu ilə müəyyən edilir.
“Ermənistanın baş nazirinin davranışı qeyri-ciddidir. Bu, onu göstərir ki, Paşinyan heç vaxt beynəlxalq münasibətləri daxili manipulyasiyalardan ayırmağı öyrənməyib. Paşinyan dalana dirənib. O, üçtərəfli bəyanatdan imzasını geri götürə bilmir. Çünki Nikol Qərb platformalarında imzalanan oxşar sənədi əldə edə bilməyib. Vəziyyətdən çıxış yolu manipulyasiya deyil, kommunikasiyaların blokdan çıxarılması üçün daha az riskli variantların Rusiya və Azərbaycanla birgə axtarışıdır. Belə variantları tapmaq mümkündür”, – deyə Surenyants vurğulayıb.
Müşviq tofiqoğlu
Globalinfo.az