Paşinyan bu tarixdə Rusiyaya gedir – Təsdiqləndi

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda Rusiyaya səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib.

Y.Uşakov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak edəcək.

“Baş nazir dekabrın sonunda Sankt-Peterburqa qeyri-rəsmi görüşə (MDB) gələcək. O, həm də Avrasiya İqtisadi İttifaqının rəsmi sammitinə qatılacaq”, – deyə Uşakov bildirib.

Globalinfo.az