Paşinyan bu sözünə görə hakimiyyətə gəlmişdi

Ermənistanda bir qrup qadın bu gün Respublika meydanında etiraz aksiyası keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, onlar baş nazir Nikol Paşinyanın əleyhinə plakatlar nümayiş etdiriblər.

“O, “Qarabağ Ermənistandır” sözlərinə görə ölkəmizin rəhbəri oldu. İndi isə öz sözünü pozur, halbuki bu sözlərə görə mandat əldə edib. O, sadəcə, yalançıdır. Mənim tələbim nədir? Əlbəttə, mən istərdim ki, o getsin, ancaq indiki halda istəyirəm ki, heç olmasa erməniyönlü bir addım atsın”, – aksiya iştirakçıları bildiriblər.