Paşinyan Brüsselə getdi

Paşinyan Brüsselə işgüzar səfərə gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Paşinyan martın 21-də keçiriləcək Birinci Nüvə Enerjisi Sammitində iştirak edəcək.

Ermənistanın Baş naziri ilə xarici tərəfdaşları arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Əliyar Xəlil
Globalinfo.az