Ermənistanın Baş naziri Nikol Paşinyan 8-9 oktyabr tarixlərində Belçika Krallığında rəsmi səfərdədir.
Globalinfo.az xəbər verir ki, baş nazir “Qlobal Gateway” konfransında iştirak edəcək.
Səfər çərçivəsində Paşinyanın xarici liderlərlə görüşü də nəzərdə tutulub.
Məlumata görə, baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan da Paşinyanla birlikdə Brüsselə gediblər.
Nümayəndə heyətinə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan da daxildir.
Əliyar Xəlil
Globalinfo.az