Paşinyan Baqratın “sağ əlini” kəsir

Ermənistanda Daşnaksütyun Partiyasının Vayk və Yexeqnadzor bölgələrindəki ofislərində axtarış başlayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistan Blokundan deputat Lilit Qalstyan yayıb. Onun sözlərinə görə, axtarışlar nəticəsində Daşnaksütyunun bir neçə üzvü saxlanıb.

Qeyd edək ki, Daşnaksütyun hazırda Baqrat Qalstanyanın Ermənistandakı etirazlarının əsas aparıcı qüvvəsidir. Partiyanın təkcə Ermənistandakı yox, xaricdəki nümayəndəlikləri də Qalstanyana açıq dəstək verirlər.

Maraqlı məqam odur ki, partiyanın ofislərində axtarışlar Paşinyanın iyunun 13-də “Ermənistan hökuməti heç vaxt zəif olmayacaq” açıqlamasından sonra başlayıb.

Əliyar Xəlil
Globalinfo.az