Paşinyan Azərbaycanla sülhə maneə olan amili açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə maneə olan amili açıqlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir, Baş nazir Ermənistanın İctimai radiosuna müsahibəsində bunu Ermənistanın Müstəqillik Bəyannaməsi ilə əlaqələndirib.

Belə ki, Paşinyan diqqətə çatdırıb ki, Qarabağdan da bəhs edən Müstəqillik Bəyannaməsi sülhə maneədir.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.