Paşinyan Azərbaycanla sərhədə gəldi – VİDEO

Bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyanın Vardenis bölgəsinə səfər edəcəyi barədə yazmışdıq.

Globalinfo.az xəbər verir ki, artıq Ermənistan KİV səfərin baş tutduğunu yazır.

Nikol Paşinyan Azərbaycanla sərhəddəki bölgədə “xalqın sevgisi” ilə qarşılanıb.
Qeyd edək ki, sözügedən səfərə qızğın hazırlıq getməsi barədə məlumatlar yayılıb. Nikol Paşinyanın səfəri zamanı ona yaxınlaşacaq, dialoq quracaq şəxslərin qabaqcadan müəyyən edildiyi, “Vətəndaş sazişi” Partiyasının sadiq üzvlərinin baş nazir əhatəsində olacağı bildirilirdi.

Ayşən Mustafa
Globalinfo.az