“Paşinyan artıq dövləti idarə edə bilməz, çünki…” – Meloyan

“İctimai konsensus var ki, indiki hökumət artıq bu dövləti idarə edə bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu konstitusiya hüququ üzrə ekspert Qohar Meloyan deyib.

“İnsanların bir məqsədi var. Qarşımızda dövlətçiliyi qoruyub saxlamaq vəzifəsi dayanır. İnsanlar artıq Paşinyana inanmır. Meydanda 100 mindən çox insan var. Bütün bunlar mövcud hökumətin artıq bu dövləti idarə edə bilməyəcəyinə dair ictimai konsensusun olduğunu sübuta yetirir”, – Meloyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az