Paşinyanın vaz keçmədiyi arzusu: “İstənilən vaxt hazırıq”

“Biz “Sülhün kəsişməsi” layihəsini Azərbaycanla birlikdə həyata keçirməyə hazırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, sözügedən layihənin regionda kommunikasiyaların açılması üçün vacib olduğunu bildirib:

“Ermənistan Respublikasının 29 min 743 kvadrat kilometr ərazisi var və bu, toxunulmazdır. “Sülhün kəsişməsi” layihəsində regional kommunikasiya xətlərinin açılması ilə bağlı bütün fikirlərimizi ifadə etmişik. Biz bu layihəni istənilən vaxt Azərbaycanla birlikdə həyata keçirməyə hazırıq. Çünki bu layihə regional əhəmiyyət kəsb edir”.

Ayşən Mustafa
Globalinfo.az