erdogan pasinyan

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı doğum günü münasibəti ilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Ərdoğana Paşinyanın təbriki iki ölkənin xüsusi nümayəndələri olan Ruben Rubinyan-Sərdar Kılıç kanalı vasitəsilə çatdırılıb.

Qeyd edək ki, bundan öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdə olub. Səfərdən sonra o, Türkiyə ilə bir çox razılıqlar əldə etdiklərini bildirib. Mirzoyanın səfəri iqtidarın opponentləri tərəfindən kəskin etirazla qarşılanıb.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: