Şifahi razılıq var, Ermənistan parçalanmalıdır – Şahnəzəryan

“Lavrov iki gün əvvəl dedi ki, 10 noyabr razılaşmasından əlavə, Laçın yolu ilə də bağlı şifahi razılıqlar var”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qrant Məlik Şahnəzəryan deyib.

Onun sözlərinə görə, məhz bu şifahi razılığın Ermənistan tərəfindən pozulması Laçın yolunda böhrana səbəb olub:

“Əlbəttə, Lavrov üzərindən məsuliyyəti atmağa cəhd edir. Lakin dövlətimiz çox ağrılı şifahi razılaşmalarla Ermənistanı parçalamağa davam edir. O razılıqların hamısı ləğv edilməlidir. Laçın yolunda böhranı Paşinyan və onun satqınlar qrupu yaradıb. Qarabağdakı situasiya məhz onların fəaliyyətinin nəticəsidir. Onlar qara işlərini davam etdirəcəklər. Bu, aydın məsələdir”.

Aqşin
Globalinfo.az