1672661702.8453

“Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində daha üç mənzilə və liftin şaxtasına da ziyan dəyib, qaz təminatı tam dayandırılıb”.

Globalinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev jurnalistlərinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda “Azəriqaz” aid olan məsələlərlə bağlı işlər yerinə yetirilir: “Binada təhlükəsizlik qaydalarına tam əməl olunduqdan və kəmərlər yoxlanıldıqdan sonra Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra binaya qazın verilişi bərpa olunacaq. İlkin olaraq, ehtimal edirik ki, hadisə qaz sızmasından baş verib. Hadisə zamanı digər üç mənzilə və liftin şaxtasına da ziyan dəyib”.

Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Hadisə nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

***

“Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən bütün mənzillər partlayışın təsirindən tamamilə dağılıb”.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, partlayışın baş vermə səbəbləri ilə bağlı həm FHN, həm də digər hüquq-mühafizə orqanlarının əməliyyat istintaq qrupları hadisə yerində təhqiqat işləri aparır.

Ə.Novruzov bildirib ki, həmçinin partlayışın təsirindən 16-cı mərtəbədə bir mənzilin qapısı və liftlər tamamilə sıradan çıxıb. O vurğulayıb ki, eyni zamanda təxliyə yollarında və pilləkən qəfəslərində çatlar əmələ gəlib.

Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

***

Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi açılıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib və 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, mənzildəki dağıntılarla əlaqədar axtarış-xilasetmə işləri həyata keçirilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim görmüş itləri də cəlb olunmaqla aparılmış axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altında əlavə insan faktoru aşkar olunmayıb.

Hadisə ilə əlaqədar cinayət işi açılıb və hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda bildirilib.

vcbcv vcvv

Paylaş: