kokOJ9PxvYF4uJ35UBztxDAJLeXOCeoi6FkFi7kz 1200

Nyu-Orleanda avtomobilini insanların üzərinə sürən Şəmsuddin Cabbar və Las-Veqasda “Tesla Cybertruck”ı partladan Metyu Livelsberqer əvvəllər eyni hərbi bazada xidmət ediblər.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, Livelsberqer on doqquz ildən çox hərbi xidmətdə olub, on səkkiz ilini Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, “Trump International Hotel”in qarşısında park edilmiş avtomobilin partlaması nəticəsində ölüb.

Şəmsuddin Cabbar da ABŞ vətəndaşlığına sahib olub və Livelsberqer ilə eyni yerdə xidmət edib. Yeni il gecəsi o, Nyu-Orleanda pikapı insanların üzərinə sürərək qəsdən terror aktı törədib.

Qeyd edək ki, FTB direktorunun köməkçisinin müavini Kristofer Raya Luiziana ştatının Nyu Orlean və Nevada ştatının Las-Veqas şəhərlərində törədilən terror aktları arasında heç bir əlaqə görülmədiyini açıqlayıb.

Paylaş: