Parlamentdə şəhidlərin xatirəsi yad edildi

“Ermənistan genişmiqyaslı təxribatlar törədib. Azərbaycan Ordusu tərəfindən görülən qətiyyətli tədbirlər nəticəsində bu təxribatların qarşısı qətiyyətlə alınıb”.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bütün hərbi məsuliyyət Ermənistanın üzərinə düşür: “Ermənistanın məqsədi azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə mane olmaqdır. Xahiş edirəm sentyabrın 13-də şəhid olan hərbi qulluqçularımızın və eləcədə də I və II Vətən müharibəsində şəhid olan hərbi qulluqçularımızın xatirəsini bir dəqiqəlik sükuta yad edək”.

Parlamentdə şəhidlərin xatirəsi yad edilib.