Paris meri sərhədimizə gəldi: təxribata əl atdı – TƏCİLİ

Azərbaycan Qarabağa doğru yola çıxan Paris meri Anna Hidalqo və 10 yük avtomobilinin “Laçın” postundan keçməsinə icazə verməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, Paris meri və Fransanın digər şəhərlərinin merləri Azərbaycanla sərhəddə mətbuat konfransı keçiriblər. Onlar təcili olaraq Azərbaycana qarşı addımlar atılmasını və Xankəndinin “blokadadan” çıxarılmasını tələb ediblər.

Qeyd edək ki, bu gün Fransa 10 TIR-la Qarabağ erməniləri üçün guya “humanitar yardım” göndərib, hətta “yardımı” Paris meri şəxsən müşayiət edib.

Tamerlan Yayaqan
Globalinfo.az