Paris küçələri döyüş meydanına çevrildi – Saxlananlar var – VİDEO / YENİLƏNDİ

Hüquq-mühafizə orqanları Parisdə keçirilən pensiya islahatına qarşı etirazçıların kütləvi həbslərinə başlayıblar. Bu günə kimi 32 nəfər tutulub.

Bu barədə BFM TV Fransa Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.

***00:15

Fransada hökumətin pensiya islahatına qarşı yeddinci aksiya keçirilir.

Etirazçılar paytaxt da daxil olmaqla, bir çox şəhərlərdə hakimiyyətlə fikir ayrılıqlarını ifadə etmək üçün küçələrə çıxıblar.

Yüz minlərlə fransalı pensiya yaşının artırılmasına qarşıdır.

Parisdə etirazçılar Respublika meydanına toplaşaraq Millət meydanına doğru irəliləyiblər. Aksiyada ümumilikdə 70-dən yüz minə qədər insan iştirak edib.

Şəhər sakinləri hökumətin ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmağı planlaşdıran qərarına qarşı çıxıblar.

Yürüş iğtişaşlarla müşayiət olunub. Aksiyanı dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Saxlanılanların olduğu bildirilsə də, lakin onların sayı açıqlanmayıb.

***21:31

Parisdə pensiya islahatına qarşı aksiyalar davam etdirilir.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, etiraz yürüşünün son nöqtəsi olan Millət Meydanı (Place de Nation – müəl.) yaxınlığında polislə genişmiqyaslı toqquşmalar baş verib.

Aksiyaçılar polisə daş və butulka atıblar. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edib. Həbs edilənlərin sayı məlum deyil.

Qeyd edilib ki, kommunal təsərrüfat işçilərinin tətili isə ölkədə vəziyyəti daha da ağırlaşdırıb. Parisdə 5 000 tondan çox tullantı daşınmayıb.