“RT” telekanalının baş direktoru Marqarita Simonyan döş xərçənginə görə səhhətinin o qədər də yaxşı olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, Simonyan davamlı şəkildə kimyaterapiyaya getdiyi üçün saçlarının tökülməyə başladığını deyib.
O, hazırda xəstəliklə mübarizə apardığını, lakin ruh düşkünlüyü yaşamadığını söyləyib:
“Artıq parik almışam, saçlarımın tökülməsi məni elə də narahat etmir. Bunun yerinə, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Budapeşt görüşünün baş tutmamasına görə narahat oluram”.
Əliyar Xəlil
Globalinfo.az