Ukrayna ordusunun komandanı çətin vəziyyətdə: Sırski, niyə razılaşdın?

Sabiq prezident Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskiyə ünvanladığı sual onu çətin vəziyyətə salıb.

Globalinfo.az xəbər verir ki, Sırski Rusiya ordusunun gözlənilməz irəliləyişinə görə Ukraynanın  ağır döyüşlərlə üzləşəcəyini bildirib. Soskin isə onun bu fikirlərindən sonra Ukrayna ordusunun komandanına sual ünvanlayıb.

“Sırski, niyə vəzifəyə razılaşdın? Əgər bu qədər ağıllı biri hər şeyi başa düşürsə, o zaman niyə Zalujnını əvəz etməyə razı oldu?”.

Soskinin sözlərinə görə, general ona verilən tapşırıqları yerinə yetirə bilməyəcəyini anlayıb. Çünki Ukrayna Silahlı Qüvvələrində kifayət qədər canlı qüvvə yoxdur. Ukrayna hakimiyyətinin görmək istədiyi formada səfərbərlik isə baş verməyəcək.

“Artıq Ukraynada açıq vətəndaş qarşıdurması var. Bu da ərazi işə qəbul mərkəzlərinin əməkdaşları ilə toqquşmalarda özünü göstərir”, – deyə Soskin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az