
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində qonşu İranla bütün sərhəd-keçid məntəqələri qeyri-müəyyən müddətə bağlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə AFP agentliyi yüksək səviyyəli yerli məmura istinadən məlumat yayıb.
İranla həmsərhəd olan Bəlucistan əyalətinin rəsmisi Qadir Baxş Pirkani agentliyə deyib ki, hər beş rayonda – Çaqay, Vaşuk, Pəncqur, Keç və Qvadarda sərhəd keçid məntəqələrinin fəaliyyəti dayandırılıb.
Buna səbəbin İran və İsrail arasında davam edən münaqişə olduğu bildirilir.